Interposta.Info

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı

Ölkə
 6-08-2021, 18:13     409


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26