Interposta.Info

Nazir rüşvət aldığı iddia edilən DYP rəisini işdən çıxardı  (VİDEO)

Ölkə
 1-09-2022, 21:53     657

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.

"İnterPosta" Oxu.az-a istinadən xəbər verir ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.

Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.

Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə V.Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.

Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26