Vilayət Eyvazov DYP rəisini işdən çıxardı, yeni vəzifə verdi

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.
"İnterPosta" unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.
Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26