“Qarabağ” Avropa Liqasında nə qədər qazanacaq?

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində mübarizə aparacağı üçün qazandığı məbləğ bəllidir.
Fanat.Az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə düşdüyünə görə ağdamlılara 3 milyon 600 min avro ödəniləcək. Bu, təxminən 6 milyon 110 min manat deməkdir.
"Köhlən atlar” qrupda qazanacağı hər qələbəyə 630 min avro (təqribən 1 milyon 70 min), hər heç-heçəyə görə 210 min avro (təqribən 356 min manat) əldə edəcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26