Interposta.Info

UEFA "Qarabağ" üçün 2.4, "Neftçi" üçün yarım milyon manat göndərdi

Ölkə
 13-10-2020, 15:27     516

"Qarabağ” və "Neftçi”nin avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan maliyyə vəsaiti daxil olub.

"İnterPosta"-nun məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

"Qarabağ”a UEFA Çempionlar Liqasında iştirak üçün 1 140 000 avro (2 262 900 manat), əlavə səyahət xərclərindən ötrü 80 000 avro (158 800 manat)ödənilib.

"Neftçi” isə Avropa Liqasının təsnifat mərhələsində iştirakı qarşılığında 260 000 avro (516 100 manat) əldə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26