Interposta.Info

Bakıda 16 yaşlı qızın evdən qaçmasının inanılmaz səbəbi bilindi

Ölkə
 23-08-2022, 15:49     336

Bakıda 16 yaşlı qız evdən qaçıb.

Bu barədə "İnterPosta"-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, qızı sığınacağa hüquq-mühafizə orqanları gətirib:

"Evdən qaçıb. Anasını bəyənmir, atası xəstədir, onu da bəyənmir. Neçə dəfə evdən qaçıb, adını da qoyur ki, sıxılıram. Burada da sıxılır. Səbəbini soruşuram, deyir ki, "ev ilə buranın heç fərqi yoxdur. Burada park yoxdur, burada qəlyan yoxdur, burada oğlanlar yoxdur, burada hamısı saçlarını hörüb! Heç lak da çəkmirlər..."

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26