Interposta.Info

İngiltərə Çinin Londondakı səfirini XİN-ə çağırdı
 

Ölkə
 10-08-2022, 19:28     213

Böyük Britaniyanın xarici işlər naziri Liz Trasın bu gün Çin səfirini Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Böyük Britaniyanın xarici işlər naziri bu hərəkətinin səbəbini Pekinin Tayvana qarşı "gedərək artan aqressiv davranışı" ilə izah edib.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin bu ada ətrafında geniş manevrlərə başlayıb və indi də təsdiqlənməmiş xəbərlərə görə, bu adaya hücum etməyi planlaşdırır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26