Interposta.Info

Abituriyentlərə şad xəbər: Bu ixtisas qrupu üzrə ballar aşağı düşəcək

Ölkə / Manşet
 10-08-2022, 16:57     470

Bu il III ixtisas qrupu üzrə ballar ciddi şəkildə aşağı düşəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bunu ötən illərlə müqayisədə abituriyentlərin daha aşağı nəticə göstərməsi ilə əlaqələndirib.

Kamran Əsədov son illərdə III ixtisas qrupu üzrə abituriyentlərin topladığı balların ümumi statistikasını təqdim edib.

- 2022-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 342 nəfər;

- 2021-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 617 nəfər;

- 2020-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 555 nəfər;

- 2022-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2142 nəfər;

- 2021-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2864 nəfər;

- 2020-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2714 nəfər;

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26