Bakıda gənc oğlan 12-ci mərtəbədən yıxılaraq ölüb

Xətai rayonunda gənc oğlan binadan yıxılıb.
"İnterPosta" xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.
2004-cü il təvəllüdlü İ.Quliyev həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İnterPosta.info