Interposta.Info

Baş Prokurorluq: "Tovuzda əsgərimiz qətlə yetirilib" (YENİLƏNİB)

Ölkə / Manşet
 5-08-2022, 11:30     388

Azərbaycan Ordusunun Tovuzda həlak olan əsgərinin qətlə yetirildiyi məlum olub.

Bu barədə "İnterPosta"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.

10.04

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Bu barədə İnterPosta.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26