Interposta.Info

Şəhid Anar Kazımovun nəşi ailəsinə təhvil verildi

Gündəm
 4-08-2022, 11:11     339

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi keçirilir.

Şəhidin nəşi doğulduğu Şəmkir rayonun Qaracəmirli kəndinə gətirilib və ailəsinə təhvil verilib.

Vida mərasimindən sonra A.Kazımov kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./report

Allah rəhmət etsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26