Interposta.Info

Bu gün Məhərrəm ayı başlayır

Ölkə / Manşet
 30-07-2022, 09:48     533

Bu gün müqəddəs Məhərrəm ayı başlayır.

Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyulun 30-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2022-ci il avqust ayının 8-nə təsadüf edir.

Aşura İmam Hüseynin və ailəsinin Miladi təqvimlə 680-ci ildə Kərbəla çölündə xəlifə Yezidin sülaləsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir. Həmin tarix Azərbaycanda hüzn günü kimi qeyd edilir.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26