Interposta.Info

1550 manat pul, bank kartları və mobil telefonlar: Çimərlikdə oğurluq edən şəxslər saxlanıldılar
 

Ölkə
 28-07-2022, 12:48     471

Şıx çimərliyində vətəndaşların telefonlarını və pullarını oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından üç ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes-Benz” markalı bir avtomobildən içərisində 1 400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub.

Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26