Interposta.Info

Azərbaycan Ordusunun polkovniki Kəlbəcərdə minaya düşdü – RƏSMİ

Ölkə / Manşet
 26-07-2022, 20:34     545

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

"İnterPosta"nın məlumatına görə, ununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

Qeyd edək ki, Vüqar İsbəndiyarov polkovnik rütbəsi daşıyır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26