Interposta.Info

Kəlbəcərdə hərbçimiz minaya düşüb

Ölkə / Manşet
 20-04-2022, 09:59     289

Kəlbəcərdə ermənilərin basdırdığı mina partlayıb.

"İnterPosta" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndi istiqamətində, günorta saatlarında baş verib.

Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya edilmiş hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Ayxan Camalzadə mühəndis-istehkam fəaliyyəti zamanı minaya düşüb.

O, ayaq nahiyəsindən xəsarət alıb və hərbi hospitala aparılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26