Interposta.Info

Nərimanov rayonunda qanunsuz tikili söküldü (FOTOLAR)

Ölkə
 13-07-2022, 12:25     211

"Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, "Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılmışdı".

Bu barədə "İnterPosta"ya Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məsələyə operativ şəkildə reaksiya verilib, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26