Interposta.Info

Xaçmazda yanğına görə bağlanan yol açıldı (YENİLƏNİB)

Ölkə / Manşet
 11-07-2022, 19:21     200

Xaçmazda meşə yanğını ilə əlaqədar bağlanan Xaçmaz-Xudat yolu açılıb.

"İnterPosta"xəbər verir ki, yanğınla bağlı yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

18.10

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

"İnterPosta" xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və "BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

17.22

Xaçmaz-Xudat avtomobil yolu bağlanıb.

"Report" xəbər verir ki, buna səbəb Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.

Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.

Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.

Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.

16.07

Xaçmazda meşə massivində yanğın başlayıb.

"İnterPosta"xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.






İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26