Interposta.Info

Qubadakı yanğınlar məhdudlaşdırıldı

Ölkə
 28-07-2018, 22:14     10 434


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov kəndləri, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb.

Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır.

Əlavə məlumat veriləcək.

****
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və Qırlar kəndlərinin, həmçinin Siyəzən rayonunun İsnov kəndi yaxınlığında (Şabran rayonu ilə sərhəddə) meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub.

****
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən barədə məlumat yayıb.

ETSN-in mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Quba rayonunun Qonaqkənd kəndi ərazində də güclü yanğın başlayıb.

Qonaqkənd İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26