Interposta.Info

Avtomobil Yollarının Mühafizə Xidmətində əməliyyat: Daha bir məmur saxlanıldı

Ölkə / Manşet
 21-06-2022, 17:49     409


Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

"İnterPosta"
xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat Avtomobil Yollarının Mühafizə Xidməti MMC-də baş tutub.

Əməliyyat çərçivəsində "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Hazırda "Avtomobil Yollarının Mühafizə Xidməti" MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

İnterPosta.info

Avtomobil Yollarının Mühafizə Xidmətində əməliyyat: Daha bir məmur saxlanıldı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26