Interposta.Info

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA

Ölkə
 20-06-2022, 12:19     123

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması isə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir.

"Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb", - deyə M.Məsimov bildirib.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Turistin axtarışlarına Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşlarından ibarət ümumilikdə 11 qrup, eləcə də dronlar cəlb olunub. Həmçinin, ərazini tanıyan yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26