Interposta.Info

Lənkəranda itkin düşən uşaq meşədə tapıldı

Ölkə
 24-10-2019, 09:08     10 461

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Lənkəran şəhərinin Bəliton kəndində 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən "İnterPosa.info"-a verilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də axtarışlara cəlb olunublar.

Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır.

O, aidiyyəti üzrə təhvil verilib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26