Interposta.Info

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda daha bir avtobus “BakıKart”a keçir

Ölkə
 13-06-2022, 13:56     258

Sabahdan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəsəbəsi - “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

"İnterPosta"xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Qurumdan qeyd edilib ki, bununla bağlı əvvəlcədən məlumat veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26