Interposta.Info

TƏBİB-in səlahiyyətləri artırıldı (FƏRMAN)

Ölkə
 10-06-2022, 20:20     447

Prezident İlham Əliyev "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"İnterPosta" xəbər verir ki, sənədə əsasən, fərmana əlavə edilib.

Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu Fərmana əsasən yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirməlidir və "Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etməlidir.

Eləcə də, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin "Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26