Interposta.Info

Bakcelle SIM istifadəyə verdi – Azərbaycanda ilk (VİDEO)

Ölkə
 3-06-2022, 00:07     250

Bakcell şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraqeSIM istifadə edəcəklər.

Bununla da plastik SIM karta ehtiyac qalmayacaq.

Yeni nəsil SIM texnologiyası olan eSIMBakcellabunəçilərinə mobil şəbəkəyə qoşulmanıvə rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirənyeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Bakcell virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.

SmartfonunuzuneSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esimsəhifəsinə keçin.

Qeyd edək ki, bu, Bakcell tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası istifadəyə verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26