Interposta.Info

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Ölkə / Manşet
 2-06-2022, 11:44     360

2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba rayon prokurorluğundan "İnterPosta"ya verilən məlumata görə, müəyyən edilib ki, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurub.

Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26