Interposta.Info

İsveçrə qəzeti Azərbaycanın Müstəqillik gününə həsr olunmuş tədbir barədə yazıb

Ölkə
 1-06-2022, 20:23     160

İsveçrədə Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, bu barədə "Neue Schweizer Zeitung" qəzeti Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərovun "Twitter" səhifəsinə istinadən yazıb.

"Kiçik, amma vacib ölkələr qlobal çağırışların öhdəsindən gələ bilmək üçün bir-birinə daha yaxın olmalıdır. Biz Bern meri Alek fon Qraffenridlə birlikdə Azərbaycanın Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə çıxışlar zamanı bu fikirlə razılaşdıq", - səfir bildirib.

O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib.

"Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları birləşdirir", - F.İsgəndərov yazıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan və İsveçrə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də qurulub. Bakı və Bern arasında qeyri-neft sektorunda qarşılıqlı səmərəli əməkdaşlıq təşkil olunub. 2022-ci ildə Bakıda İsveçrə və Azərbaycan arasında Ticari-iqtisadai münasibətlər komitəsinin iclası keçiriləcək. 2021-ci ildə iki ölkə arasında ticarətin həcmi 457,2 milyon dollar, ixrac 272,5 milyon dollar, idxal 184,7 milyon dollar təşkil edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26