Interposta.Info

26 İyun Milli Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissəsində konsert proqramı təşkil olunub

Mədəniyyət
 27-06-2019, 18:50     10 499

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 26 İyun –Milli Silahlı Qüvvələr Günü münasibətilə ”N” saylı hərbi hissədə konsert proqramı keçirilib.
Aparıcı Humay Muxtarova konserti açaraq rəşadətli Ordumuzun igid əsgərlərini təbrik edib, proqramın əsas məqsədinin əsgərlərimizdə vətənpərvərlik hissini gücləndirmək və döyüş ruhunu yüksəltmək olduğunu bildirib. Vətən torpağını qoruyan Milli Ordumuzun şəxsi heyətinin üzərinə düşən şərəfli missiyanın özəlliklərindən danışıb. Onlara hərbi borcu sağ-salamat yerinə yetirib, ailələrinə alnıaçıq, üzüağ dönmələrini arzulayıb.
Proqram tanınmış sənətkarlarımız Aynur Dadaşova, Zeynəb Həsəni, Tərlan Novxanı, rəqqasə Kəmalə Səfərəliyeva, rəqqasə Fatimə Fətəliyeva, aşıq Cavid Mərdəlioğlunun bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.
Yüksək şövqlə keçən konsert əsgərlərimizin rəqsləri və gurultulu alqışları ilə müşayiət olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26