Interposta.Info

Selçuk Bayraktar Şuşada: "Torpağımızda gözü olanlarla..."

Ölkə / Manşet
 27-05-2022, 12:11     354

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar Şuşaya gedib.

O, Cıdır düzündə olub.

“Bizim heç kimin torpağında gözümüz yoxdur. Lakin bizim torpağımızda gözü olanlarla sonunadək hər cür vasitə ilə - yüksək texnologiya, elm və s. – mübarizə aparacağıq”, - S.Bayraktar Şuşada jurnalistlərə açıqlamasında bildirib.

O, Şuşanın erməni işğalından azad olunması üçün aparılan hərbi əməliyyatlardan da danışıb:

“Ərazinin qayalıq olduğunu bilirdik. Amma qiymətli olan torpaqların mübarizəsi də çətin olur. Buranın türk ordularının çabaları ilə azad olunması və dünya tarixinə zərbə PUA-larının vasitəsilə qazanılan ilk qələbə kimi düşməsi biz mühəndislər üçün böyük məna ifadə edir”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26