Interposta.Info

Kürdə bulanıqlıq kəskin artdı: Bir neçə şəhər və rayona verilən su kəsiləcək

Ölkə / Manşet
 26-05-2022, 21:56     322

Kürdə bulanıqlıq kəskin artdı: Bir neçə şəhər və rayona verilən su kəsiləcək
Azərbaycanın bir sıra şəhər və rayonlarına içməli suyun verilişində məhdudiyyətlər olacaq.

İnterPosta""Azərsu" ASC-nin yaydığı məlumata görə, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26