Interposta.Info

Afət Fərmanqızı ölkəni necə tərk edib?

Ölkə
 16-05-2022, 21:29     324

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. O, bu haqda sosial şəbəkə hesabında bildirib.

Müğənni hava limanından görüntülərini paylaşaraq Rusiyaya, həyat yoldaşının yanına getdiyini deyib.

Qeyd edək ki, xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb. Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Bəs axtarışa varilən şəxs ölkəni necə tərk edib?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Flora Kərimovanın vəkili Xavər İsmayılova bunları deyib:

Afət Fərmanqızı ölkəni necə tərk edib?


"Binəqədi Rayon Məhkəməsi Afət Fərmanqızının barəsində axtarış qərarı elan edib və bizdə olan məlumatı görə, qərar icraya yönəlib”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis orqanlarına bununla bağlı hər hansı məlumat daxil olmayıb.
[media=https://player.qaynarinfo.az?v=7115&share_user_id=]

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26