Interposta.Info

Yaşı 18-dən aşağı şəxslərə Ağdam və Şuşaya getməyə icazə veriləcək?

Ölkə
 13-05-2022, 16:04     309

İşğaldan azad edilmiş ərazilərə getmək istəyən, yaşı 18-dən aşağı olan vətəndaşlara bilet satılmır.

Bu qadağa nə vaxt aradan götürüləcək?

Bununla bağlı Trend-in sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, məsələ gündəmdə deyil.

"İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə yaşı 18-dən yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər.

Yaşı 18-dən aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir. Əsas səbəb uşaqların təhükəsizliyidir. Növbəti mərhələlərdə bu məsələyə baxılacaq", - açıqlamada deyilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə yanvarın 24-də ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26