Interposta.Info

DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

 

Ölkə
 17-05-2021, 17:55     347

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumatda bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq icazə olmadan nəzarət postlarından kənar yollarla həmin ərazilərə keçmək istəyənlər olur.

Qeyd edilib ki, vətəndaşlardan təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələri xahiş olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26