Interposta.Info

"Azəriqaz"ın əməkdaşı döyüldü (FOTO)

Ölkə / Manşet
 7-05-2022, 09:53     17 387

"Azəriqaz" İB-nin əməkdaşına xəsarət yetirilib.

"Azəriqaz"dan "İnterPosta"ya verilən xəbərə görə, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.

2021-ci il iyun ayının 30-dan ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına artıq müraciət olunub.

İnterPosta.info

"Azəriqaz"ın əməkdaşı döyüldü (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26