Interposta.Info

Sabiq icra başçısının parnikinin 70 min qaz pulu borcu var

Ölkə
 18-07-2019, 09:34     10 466

Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun "Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ortaya çıxıb.

İnterPosta.info
demokrat.az-a istinadən xəbər verir ki, sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir.

Sözügedən borc Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yaranıb.

Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. Sözügedən istixanada xiyar və pomidor sortları becərilir. Hazırda sözügedən istixanaya Tahir Kərimovun sürücüsü olmuş Yusif adlı qohumu nəzarət edir.

"Azəriqaz” İstehsalat Birliyinin yeni mətbuat katibi Ceyhun Səfərov bildirib ki, iş gününün sonu olduğu üçün sözügedən borcla bağlı dəqiq fikir bildirmək olmayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26