Interposta.Info

Azad olunmuş torpaqlarda TARİXİ HADİSƏ: bu gün başlayır, mayın 7-də bitəcək

Ölkə / Manşet
 6-05-2022, 09:10     256

İşğaldan azad olunmuş torpaqlarda bu gün tarixi hadisə baş verəcək.

Suqovşanda ilk dəfə beynəlxalq turnir təşkil olunacaq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022"də kayak və kanoeçilər yarışacaqlar. Reqatada Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan təmsilçiləri də iştirak edəcəklər.

Artıq turnirin püşkatma mərasimi keçirilib və rəqiblər müəyyənləşib. 1 nəfərlik kayak qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Azərbaycan idmançılarından Çingizxan Səttarov, Emil Allahverdiyev, Fərid Məmmədov, Rüfət Rəhimov, Toğrul İsmayılzadə, Ceyhun Vəlixanov, Fuad Əsgərov, Riad İsmayılzadə, Amil Süleymanov, Ramil Mustafayev, Anar İsmayılov, Emil Əliyev, Qiyas Əhmədov, Emil Abdullayev, Nihad Rəhimov, Arif Həsənov, Rəşad Dadaşov və Əzimurad Hacızadə qüvvəsini sınayacaq. Qadınlardan isə Darina Həsənova və Beata Axundova məharətini sərgiləyəcək

2 nəfərlik kayak qayığı ilə eyni məsafələrə yürüşdə Riad İsmayılzadə - Fərid Məmmədov, Çingizxan Səttarov - Rəsul Qədirov, Ramil Mustafayev - Rüfət Rəhimov, Amil Süleymanov - Anar İsmayılov, Əliyev Emil - Abdullayev Emil, Sübhan Həsənov - Azad Musayev, Rəşad Dadaşov - Qiyas Əhmədov, Maarif Qarayev - Ceyhun Vəlixanov və Rüstəm Hüseynov - Krişnadas Hüseynov cütlüyü start xəttinə çıxacaq.

1 nəfərlik kanoe qayığı ilə 200 və 500 metr məsafələrə yürüşdə Elmir Məmmədov, Sənan Məmmədov, Nicat Rəhimov, Nihad Hacıyev, qadınlar arasında isə Gülnarə Həmzəyeva çıxış edəcək.

Yarışın 2-ci günündə akademik avarçəkmə üzrə mübarizə gedəcək. 500, 1000 və 2000 metr məsafələrə yürüşdə Azərbaycanı Nurlan Paşayev, Rauf Nadirov, Rauf Çələbi, Nəsimi Cəfərov, Rəvan Salahov, Əli Zamanlı, Cavidan Gülməmmədov, Səid Məhərrəmov, Bəhruz Səfərov, Azər İlyasov, Fuad Məmmədov, Zaur Cəmilov, Fikrət Həsənov, Əli Məmmədzadə, həmçinin, Rauf Nadirov - Nəsimi Cəfərov, Nurlan Paşayev - Əli Zamanlı, Azər İlyasov - Sabir Məmmədov, Ümid Hüseynli - Nihad Saadov, Zaur Cəmilov - Fuad Məmmədov, Fikrət Həsənov - Əli Məmmədzadə, Bəhruz Səfərov - Məhəmməd Toliboyev, Tacir Hüseynov - Cavidan Gülmmədov və Anar Əhmədov - Abdulla Əfəndiyevdən ibarət cütlük təmsil edəcək.

Qeyd edək ki, yarışlar saat 11:00-da başlayacaq. "Prezident kuboku-2022"yə mayın 7-də yekun vurulacaq.|Report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26