Interposta.Info

Qoyun otarmağa gedən çobanın meyiti tapıldı

Ölkə
 5-05-2022, 14:22     212

Gədəbəydə çobanın meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Qarabulaq kənd sakini 51 yaşlı Rzayev Ziyad Abbasəli oğlu mayın 4-ü səhər saatlarında özünün və digər kəndlilərin qoyun-keçilərini otarmaq üçün Zəhmət kəndindəki örüş sahəsinə yollanıb.

Ancaq onun axşam saat 20 radələrinə qədər evə qayıtmaması ailə üzvlərini şübhəyə salıb. Onun axtarışına çıxan ailə üzvləri və kənd sakinləri Z.Rzayevin meyiti elə qoyun otardığı örüş sahəsində aşkar ediblər.

Mərhumun son zamanlar ürək ağrılarından şikayət etdiyi bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26