Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
APA-nın məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26