Interposta.Info

Bir neçə rayonda oğurluq edən dəstə üzvləri tutulub 

Ölkə
 25-04-2022, 10:29     316

Ağsu Rayon Polis Şöbəsinə rayonun Hacısəmədli və Muradlı kəndlərində yerləşən iki mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən ümumi dəyəri 3 000 manat olan tütün məmulatları, spirtli içkilər, qadın geyimləri və ərzaq məhsullarının oğurlanması barədə məlumat veriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübəhli bilinən dəstə üzvləri, əvvəllər də məhkum olunmuşlar-Ağsu rayon sakini Sərxan Hüseynov,Şəki şəhər sakinləri Nicat Quliyev və Elvin Dursunəliyev, Balakən rayon sakini Tofiq Hacıyev,eləcə də Ağdaş şəhər sakini Rövşən Qasımov tutulublar. Onlar cinayət əməllərini etiraf ediblər və birgə oğurladıqlarını sataraq öz aralarında böldüklərini bildiriblər.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin Ağdaş rayonu ərazisində yerləşən mağazadan da oğurluq etdikləri müəyyən edilib.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvlərinin digər rayonlarda da analoji cinayətlər törətdikləri istisna olunmur.Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26