Interposta.Info

Neftçalada zəlzələ oldu

Ölkə
 20-04-2022, 22:23     243

Aprelin 20-də yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ''İnterPosta''-ya bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26