Interposta.Info

Azərbaycanda üç uşaq anası itkin düşüb

Ölkə
 13-04-2022, 14:36     353

Masallı rayonunda üç uşaq anası itkin düşüb.

Rayonun Təzə Alvadı kənd sakini, 2001-ci il təvəllüdlü Ş.Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Onun üç uşağı var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-a bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda həmin şəxsin tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26