Interposta.Info

Polis şöbədə arvadını öldürdükdən sonra belə saxlanıldı (Anbaan video)

Ölkə
 12-04-2022, 20:39     674

Xəbər verdiyimiz kimi, Polis Şöbəsində arvadı Xanım Məmmədovanı öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis 18 il müddətinə azadlıqdan məhrum edilib.

"İnterPosta" xəbər verir ki, bu gün qətlin törədildiyi gün inzibati binanın dəhlizində təhlükəsizlik kameralarına düşən görüntülər üzə çıxıb.

Görüntülərdə hadisədən sonra İ.Məmmədovun qətli törətdiyi otaqdan çıxışı və saxlanılması əksini tapıb.

Həmin videonu təqdim edirik:



Qeyd edək ki, İsmayıl Məmmədov ötən ilin sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində arvadı Xanım Məmmədovanı qətlə yetirib. O, özü də Nizami RPİ-nin əməkdaşı olub. Xanım Məmmədova əri tərəfindən döyülməsi ilə əlaqədar şikayət etmək üçün şöbəyə gəlib. Bu zaman rəis məsələni aydınlaşdırmaq üçün ərazidə xidmətdə olan İsmayılı şöbəyə çağırıb. O, azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb./qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26