Interposta.Info

Polis arvadına 15 dəfə atəş açıbmış - özü də uşaqlarının gözü qarşısında! - VİDEO

Gündəm
 1-10-2021, 10:18     236

Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.

"İnterPosta" pravda.az-a istinadən xəbər verir ki, ağır cinayət səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü polis şöbəsində baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post-patrul xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.

Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. Qadın hadisə yerində keçinib.

Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ''xüsusi amansızlıqla qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26