Interposta.Info

Azad olunmuş ərazilərdə indiyədək neçə adam minaya düşərək həlak olub?

Ölkə
 1-04-2022, 11:27     288

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan tərəfi bizə minalanmış ərazilərin mina xəritələrini təqdim etsə də, xəritələrin dəqiqliyi 25 faiz təşkil edir./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26