Interposta.Info

Bakıda məmur qaydaları KOBUD ŞƏKİLDƏ POZDU: Maşını yol polisinin üstünə sürdü - ANBAAN VİDEO

Ölkə / Paradoks
 31-03-2022, 10:11     956

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

"İnterPosta" xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW” markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7” markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.

GoldMedia.Az

[frame=https://baku.tv/embed/52244' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26