Interposta.Info

Lerikdə torpaq sürüşməsi: Dövlət orqanları hərəkətə keçdi (FOTO/VİDEO)

Ölkə / Manşet
 31-03-2022, 09:25     281

Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək.

Torpaq sürüşməsinin baş verdiyi Lərmərüd kəndində əraziyə yaxın daha 5 ev var.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub. Əraziyə baxış keçirilib, lazımi prosedurlar həyata keçiriləndən sonra təbii hadisənin ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən ediləcək.

"Hadisə baş verən ərazi - Lərmərüd kəndi rayon mərkəzindən 25 km aralıda yerləşir. Kənddə 50-60 il əvvəl də iri miqyaslı torpaq sürüşməsi baş verib. Dünən baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus təsərrüfat bütünlüklə bir neçə metr qalınlıqda torpaq qatı altında qalıb. Belə ki, 1975-ci ildə tikilən bir mərtəbəli, üç otaq və aynabənddən ibarət yaşayış evindən yalnız dam örtüyünün qalıqlarını görmək olur. Hadisə zamanı həmçinin içərisində 8 baş iribuynuzlu mal-qara olan tövlə, yardımçı tikililər də torpağın altında qalıb. Buna qalın torpaq qatının yağıntı nəticəsində yamacboyu aşağı doğru sürüşməsi səbəb olub”, - H.Məlikov deyib./report

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26