Interposta.Info

Badamdarda yenə sürüşmə oldu, dağıntılar var FOTO YENİLƏNDİ

Ölkə / Manşet
 28-01-2021, 23:08     998

Bakının Badamdar qəsəbəsində növbəti dəfə torpaq sürüşməsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, sürüşmə nəticəsində bir sıra obyektlərə ziddi ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir.

****

Bakının Səbəil rayonu ərazisində Badamdar şossesində baş verən torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

***

28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.

"İnterPosta"nı məlumatına görə, bu barədə xəbəri FHN Mətbuat xidməti yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.

İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib. Əlavə məlumat veriləcək.

İnterPosta.info










Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26