Interposta.Info

Azərbaycanda "Turkovac"ın 3-cü faza kliniki sınaqlarına başlanılır

Ölkə
 9-03-2022, 22:31     196

Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan "Turkovac" peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Türkiyə Sağlamlıq İnstutları Başqanlığı (TUSEB) ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol imzalanıb.

Protokolu TUSEB rəhbəri Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov imzalayıb.

İmzalama mərasimində iştirak edən Türkiyə Aşı İnstitutunun rəhbəri Atəş Kara da "Turkovac" peyvəndinin Türkiyədə geniş şəkildə istifadə edildiyini və böyük maraqla qarşılandığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26