Interposta.Info

Ötən il korrupsiya cinayətləri ilə bağlı dövlətə dəymiş ziyanın məbləği açıqlandı

Ölkə
 9-03-2022, 14:51     254

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində korrupsiya cinayətləri ilə bağlı dövlətə dəymiş ziyanın məbləği açıqlanıb.

"İnterPosta" xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, həmin işlər üzrə dövlət mülkiyyətinə vurulan 54 269 min manat məbləğində maddi ziyandan ibtidai istintaq dövründə 6 227,2 min manat (11,5%), bələdiyyə mülkiyyətinə vurulan 386,9 min manat maddi ziyandan 15 min manat (3,9 %), xüsusi mülkiyyətə vurulan 55 791,6 min manat ziyandan isə 24 950 min (44,7 %) manatın ödənilməsi təmin edilib.

Bundan başqa, 2021-ci ildə icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 8 093,8 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib, eyni zamanda həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 195,7 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

Beləliklə, 2021-ci il ərzində istintaqı başa çatdırılan cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 118 541,3 min manat maddi ziyandan 39 286,0 min manatının (33,2%) ödənilməsi təmin olunub, bundan əlavə dövlət büdcəsinə 2 195,7 min manat ödəniş edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26