Interposta.Info

Vidadi Zeynalov

Gündəm
 13-06-2017, 17:51     828

"Rabitə işi" üzrə təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir qismini ödəyib

Lent.az-ın əldə etdiyi məlumata görə, Vidadi Zeynalov bu həftə ərzində dəymiş ziyandan daha 2 milyon manat dövlətə pul ödəyib.

İstintaq orqanı Vidadi Zeynalovun ümümi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğunu hesablamışdı.

İstintaq dövründə də müəyyən ödəniş edən Vidadi Zeynalovun hazırda 4 milyon 220 min manat borcu qalıb.

Vidadi Zeynalovdan başqa Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev də dövlətə dəymiş ziyanı tam ödəyib. İttiham tərəfi onun 567 min manat ziyan vurduğunu iddia etmişdi.

Prokuror Fərid Nağıyev çıxış edərək Vidadi Zeynalova 14 il, Anar Mustafayevə 8 il azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Xatırladaq ki, bir həftə qabaq BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynovda dövlətə vurduğu 10 milyon ziyanı tam ödəmişdi.

Qeyd edək ki, " Rabitə işi" işi üzrə təqsirləndirilən 11 şəxsdən 9-u artıq ayrı-ayrıllıqda vurduqları ziyanı tam ödəyib.


Rabitə Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 4 milyon 220 min , "Azərpoçt MMC" Qəmbər Bəybalayev 3 milyon manat borcu qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26