Interposta.Info

Vidadi Zeynalovun cəzası azaldıldı

Ölkə
 7-11-2017, 19:28     7 802

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə qərar verilib.

interposta.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin icraatında olan prosesdə hakimlər kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayevə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilənlər - “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, “Optik Qurğular İdarəsi”MMC-in rəhbəri Emin Məmmədov 10 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26